Sülhməramlıların daha bir postu ləğv olundu

10 Oktyabr 2023 20:15

Rusiya sülhməramlıları müşahidə məntəqələrinin optimallaşdırılması ilə əlaqədar keçmiş Ağdərə rayonu ərazisində daha bir postu bağlayıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada bildirilir ki, Rusiya hərbi kontingenti Qarabağda elektrik və qaz təchizatının bərpası işlərində iştirak edirlər.

Milli.Az