Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Fənərbağça" klubunun prezidenti Əli Koçu 210 min TL (14 712 manat) cərimələyib.
Milli.Az report-a istinadən xəbər verir ki, buna 56 yaşlı funksionerin televiziya verilişlərinin birində işlətdiyi ifadələr səbəb olub.
Klub rəhbərinin hakim və digər rəsmi şəxslər barədə qeyri-etik ifadələr işlətdiyi bildirilib.
O, 45 gün TFF-nin bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcək.
Milli.Az