UEFA Rusiya millisi ilə bağlı qərarını ləğv etdi

10 Oktyabr 2023 19:56

UEFA 17 yaşadək futbolçulardan ibarət Rusiya millisi ilə bağlı qərarını ləğv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Qurum daha əvvəl Rusiyanın U-17 yığmasının beynəlxalq turnirlərdə iştirakına icazə vermişdi. Lakin bir çox ölkələrin etirazı səbəbindən Rusiya yığmasının beynəlxalq turnirlərə qatılmaqla bağlı qadağa qərarı bərpa olunub.

Milli.Az