İsrail HƏMAS-ın 500-dən çox silahlısını əsir götürüb

10 Oktyabr 2023 20:00

İsrail HƏMAS qruplaşmasının 500-dən çox silahlısını əsir götürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Qeyd olunub ki, İsrail ərazisində zərərsizləşdirilmiş 1500 silahlının meyiti müəyyənləşib.

Bildirilib ki, ilkin dəyərləndirməyə əsasən, yəhudi dövlətinə hücumda 5000-dən çox HƏMAS silahlısı iştirak edib.

Milli.Az