Rusiya XİN: ABŞ nüvə sınaqlarına başlasa, biz də...

10 Oktyabr 2023 17:17

"Rusiya Federasiyası nüvə sınaqlarını bərpa etməyə hazır olmalıdır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Rusiya ABŞ-nin nüvə sınaqlarına başlamasına hazır olmalıdır: "Əgər belə bir şey olarsa, biz güzgü kimi cavab verəcəyik. Yəni biz də nüvə sınaqlarına başlayacağıq".

Nazir müavini vurğulayıb ki, bu, son dərəcə mənfi ssenari olacaq.

Milli.Az