Orqan satışı ilə bağlı elanlar çoxalıb - VİDEO

10 Oktyabr 2023 18:31

Sosial şəbəkələrdə orqanını satmaq istəyən şəxslər və buna dair səhifələr çoxalıb.

Maraqlıdır, görəsən, belə paylaşımları edənlər kimlərdir və onları buna nə vadar edir?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosioloq Rəşad Əsgərovun fikrincə, bunun əsas səbəblərindən biri sosial problemlərin artmasıdır. 

Sosioloq deyir ki, belə elanları yayan şəxslər və şəbəkələr ciddi nəzarətə götürülməli, onların problemlərinin həlli istiqamətində işlər aparmalıdılar.

Millət Vəkili Müşfiq Məmmədli isə deyir ki, orqan və toxumaların alveri cinayət hesab olunur və qarşısı hüquq mühafizə orqanları tərəfindən alınmalıdır. Millət vəkili hesab edir ki, orqan tranplantasiyasının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi belə xoşagəlməz halları aradan qaldıracaq.

Müşfiq Məmmədlinin fikrincə, belə hallar həm də maarifləndirmənin aşağı olması ilə bağlıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az