Facebook çökür?
16 May 2012 16:31
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "General Motors" (GM) avtomobil konserni sosial şəbəkədə verdiyi reklama görə 10 milyon dollara yaxın vəsait itirdiyinə görə Facebook-un xidmətlərindən imtina edib. GM-in bu xidmətdən imtina etməsinin səbəbi Facebook-da reklam yerləşdirməyin effektiv olmamasıdır.
Ekspertlər qeyd edirlər ki, təkcə 2011-ci ildə 3.7 milyard dollar qazanan Facebook üçün 10 milyon dollarlıq reklamın əldən çıxması sosial şəbəkənin fəaliyyətinə ciddi təsir göstərməyəcək.
Milli.Az