Opera binasının İsrail bayrağı ilə işıqlandırılması etiraza səbəb oldu - VİDEO

10 Oktyabr 2023 15:27

Avstraliyanın Sidney şəhərindəki Opera Evinin İsrail bayrağının rəngləri ilə işıqlandırılması qərarı Fələstinə dəstək verən yüzlərlə insan tərəfindən etiraz edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Fələstin bayrağı daşıyan və şüarlar səsləndirən nümayişçilər opera teatrına doğru yürüş edib, atəşfəşanlıq ediblər, polis isə vəziyyətə nəzarət edib.

Milli.Az