Fotoşop etdiyi belə ortaya çıxdı - FOTOlar

10 Oktyabr 2023 15:21

Bir müddətdir artıq çəkiləri ilə gündəmə gələn türkiyəli müğənni Sibel Canın yeni fotoları başına bəla olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı sonuncu konsertindən olan şəkilləri sosial media hesabında izləyiciləri ilə bölüşüb. Fotolarda Sibelin fotoşopdan istifadə etdiyi izləyicilərin gözündən qaçmayıb.

O, şəkillərdə belini incəltməyə çalışsa da, dinləyicilərin gecədən yayımladığı görüntülərdə fərq ortaya çıxıb.

Milli.Az