Evliliklərinin 15 ilini bu sözlərlə qeyd etdi - FOTO

9 Oktyabr 2023 21:39

Bu gün Xalq artisti Miri Yusif ilə həyat yoldaşı Nərgiz xanımın evlilik ildönümüdür. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 15 ildir ailəli olan cütlük özəl günləri üçün bəy-gəlin geyimində obyektiv qarşısına keçib.

Fotoları sosial şəbəkədə paylaşan sənətçi şərh bölümünə "15 il öncə nişan üzüklərimizi dəyişdirdik və söz verdik ki, həm dar, həm də şad günlərdə biri-birimizə dayaq olaq. Bu hələ bir başlanğıcdır. 15 ilimiz mübarək, Nərgizim. Ömrümüzün son gününə, son nəfəsə qədər bir yerdə! Allah bizi ayırmasın, Allah bütün sevgililəri qorusun!" sözlərini yazıb.

Qeyd edək ki, bir neçə ildir Türkiyəyə köçən cütlüyün üç övladı var.

Milli.Az