İsrail Qəzzaya quru qoşunları göndərir

9 Oktyabr 2023 19:18

İsrailin Yerusəlim şəhərinə 10-dan çox raket atılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhərdə ard-arda partlayışlar qeydə alınıb.

Raket hücumu ilə əlaqədar Yerusəlimdə hava hücumundan xəbərdarlıq elan olunub.

İsrailin Baş naziri Benyamin Netenyahu isə bəyan edib ki, ölkəsi Qəzzaya quru qoşunları göndərəcək. O söyləyib ki, İsrail buna məcbur olub.

Milli.Az