Əfqanıstanda yenə zəlzələ oldu

9 Oktyabr 2023 18:51

Əfqanıstanın qərbində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 272 min nəfər əhalisi olan Herat şəhərindən 40 km şimalda olub.

Xatırladaq ki, oktyabrın 7-si Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.

Milli.Az