Londonda yəhudi restoranına hücum etdilər

9 Oktyabr 2023 18:19

İsrail-Fələstin münaqişəsinin kəskin olduğu bir vaxtda Londonda yerləşən yəhudi restoranına barbar hücumu olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Londonun şimal-qərbində yerləşən, kaşrut yeməklərin verildiyi restoranın şüşəsi sındırılıb və kassa aparatı oğurlanıb.

London polisi İsrail-Fələstin qarşıdurmasının kəskinləşməsi fonunda ictimai asayişi qorumaq üçün şəhərin bəzi yerlərində patrulların artırıldığını bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Milli.Az