"Space TV"nin cərimələnməsinə səbəb olan həmin kadr - VİDEO

9 Oktyabr 2023 15:23

Xəbər verdiyimiz kimi, aparıcılığını İlham Mirzəyevin etdiyi "Yaxşıya doğru" proqramına görə "Space TV" cərimələnib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb aparıcının efirdə (İlham Mirzəyev-red.) hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə "... cinayətkardır..." ifadəsini işlətməsi olub. 

Bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub. 

Həmin kadrı təqdim edirik:

Milli.Az