Müştərini marketdə ilan vurdu

16 May 2012 13:14
Milli.Az "The Daily Mail"ə istinadən bildirir ki, hadisə Klarkstoun şəhərində baş verib.
47 yaşlı Mik Kreyq "Wal-Mart" supermarketlər şəbəkəsinin şəhərdəki marketində alış-veriş edərkən təsadüfən zınqırovlu ilanla üzləşib.

"Çantaya baxanda orada rəngarəng dəyənək gördüm. Dəyənəyi çıxarıb atmaq istəyəndə isə məni ilan vurdu. O çantada bağ üçün almaq istədiyim münbit torpaq vardı. O torpağı çətənə kolları üçün alırdım. Mənim çətənə becərmək üçün icazəm var", - Kreyq deyib.

Kreyq dərhal xəstəxanaya aparılıb və ona yardım göstərilib. Şahidlərin dediklərinə görə, ilanın uzunluğu ən azı 30 sm idi.
Market rəhbərliyi "ilanla bağlı hadisə nadir rast gəlinən haldır" desə də, polis araşdırmaya başlayıb.

Milli.Az