Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək

9 Oktyabr 2023 14:43

Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.

C.Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanatla çıxış etməsi nəzərdə tutulur.

Milli.Az