Azərbaycanlı zabit İsraildə həlak oldu

9 Oktyabr 2023 12:19

İsrailin Beeri şəhəri uğrunda döyüşlərdə ordunun 36 yaşlı azərbaycanlı zabiti Emin Axundov həlak olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Həmyerlimiz şəhərin hərbi məzarlığında dəfn edilib.

Məlumata görə, E.Axundovun 2 azyaşlı övladı var.

Milli.Az