"Azərbaycanın Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq"

9 Oktyabr 2023 12:43

"Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı konsensus var".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani bu gün keçirdiyi mətbuat konfransında deyib. 

"Həyata keçirilən müzakirələr və atılan gözəl addımlar çərçivəsində Azərbaycan səfirliyinin yaxın zamanlarda Tehrandakı fəaliyyətinin bərpa edilməsi istiqamətində konsensus var", - deyə Kənani qeyd edib.

Milli.Az