ABŞ Milli Basketbol Assosiasiyasının dördqat çempionu Şakil O'Nil deyəsən ölkə başçısı olmaq niyyətindədir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, onun öz sosial şəbəkə hesabında paylaşdığı fotosu belə deməyə əsas verir.
Belə ki, fotoda idmançının geyindiyi köynəyin üzərində "Şak 2024-cü il prezidentliyə doğru" yazılıb.
Xatırladaq ki, O'Nal karyerası ərzində ABŞ komandasının üzvü kimi dünya və Olimpiya çempionu olmaqla yanaşı, çox sayda digər titullar və nailiyyətlər də qazanıb.
Milli.Az