Mehriban Zəki uzun fasilədən sonra... - FOTO

9 Oktyabr 2023 08:03

Xalq artisti Mehriban Zəki uzun illər sonra Akademik Milli Dram Teatrının səhnəsində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa uzun fasilədən sonra "Sənsiz" tamaşasının məşqində yer alıb. Şıxəli Qurbanovun müəllifi olduğu əsər rejissor Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunub. Məşq prosessindən fotolar AzDrama-nın əməkdaşları tərəfindən paylaşılıb.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir. Bir çox məşhur aktyorun yer aldığı tamaşa noyabrda təqdim ediləcək.

Milli.Az