İsrailin keçmiş elm və texnologiya naziri İzhar Şayın oğlu "HƏMAS" döyüşçüləri ilə atışma zamanı qətlə yetirilib.
Milli.Az moderator.az-a istinadla xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, sabiq nazir oğlu Yaron Şayın Qəzza zolağı ilə həmsərhəd Kerem Şalom qəsəbəsinə sızan düşmən qüvvələri ilə döyüşdə həlak olduğunu bildirib.
İzhar Şay "X" şəbəkəsindəki ("Twitter") bloqunda yazıb: "Bizim Noni, qəhrəmanımız. Vətənimizi müdafiə edərkən döyüşdə həlak oldun. 21 il səninlə xoşbəxt olduq. Cənnətdəki mələyimiz. Rahat uyu, bizim sevimlimiz... "
Milli.Az