"Formula 1": Qətər Qran-prisinin qalibi bəlli olub

8 Oktyabr 2023 23:44

"Formula 1" üzrə Qətər Qran-prisinin qalibi müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Red Bull" komandasının pilotu Maks Ferstappen birinci olub.

"McLaren"in sürücüləri Oskar Piastri və Lando Norris növbəti sıralarda qərarlaşıblar.

Qeyd edək ki, Maks Ferstappen ötən gün çempionluğunu rəsmiləşdirmişdi.

Milli.Az