Sabiq nazir: «Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir»

18 May 2010 16:20
Milli.Az tert.am saytına istinadən xəbər verir ki, bu bəyanatla Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan çıxış edib. Hazırda problemin həllində hərbi yola əl atılacağına inanmadığını deyən Arzumanyan eyni zamanda bu variantın birmənalı istina edilməsini də mümkünsüz sayır: "Danışıqlar prosesi dalana dirənərsə, müharibə mümkündür".

Dağlıq Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğunu deyən sabiq nazir əmindir ki, problemin həllində irəliləyişə nail olunub-olunmayacağı yalnız Moskvadan asılıdır.

Milli.Az