Hindistanda mağazada yanğın - 14 nəfər öldü

8 Oktyabr 2023 17:03

Hindistanın cənubundakı Karnataka ştatında mağazada baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Yanğın ştatın inzibati mərkəzi Banqalorun Attibele rayonunda qeydə alınıb. Zərərçəkənlər yerli xəstəxanaya aparılıb.

Ölənlərin əksəriyyəti mağaza işçiləridir.

Mağaza sahibi yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham edilir.

Milli.Az