Yüzlərlə insan İsraili tərk etməyə çalışır - VİDEO

8 Oktyabr 2023 16:35

İsrailin Ben Qurion hava limanında xaos yaşanır.

Milli.Az bildirir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, hazırda yüzlərlə insan ölkəni tərk etməyə çalışır.

Qeyd edək ki, HƏMAS-ın genişmiqyaslı hücumu və buna cavab olaraq İsrail ordusunun həyata keçirdiyi antiterror əməliyyatları bölgədəki vəziyyəti gərginləşdirib. Artıq hər iki tərəfdən yüzlərlə insan hərbi əməliyyatların qurbanı olub.

Milli.Az