Prezident: Bu layihələr bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir

8 Oktyabr 2023 15:11

Həm enerji, həm də nəqliyyat sahəsində çox böyük planlarımız var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında deyib.

Bu sahədə böyük uğurların olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir".

Milli.Az