Borrel İsrail və Fələstin rəsmiləri ilə telefonla danışdı

8 Oktyabr 2023 10:20

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Fələstini İsraillə münaqişənin həllinə kömək etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Borrelin X (keçmiş Twitter) sosial şəbəkəsindəki mesajında deyilir.

"Mən Fələstinin Baş naziri Məhəmməd Ştayyeyə dedim ki, hərbi əməliyyatların dərhal dayandırılmasına kömək etsin" - Borrel deyib.

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri İsrailin xarici işlər naziri Eli Koenlə söhbətində "zorakılıq və terroru pislədiyini" bildirib.

Milli.Az