SON DƏQİQƏ! Hərbi əməliyyatın birinci mərhələsi BAŞA ÇATDI

8 Oktyabr 2023 10:08

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından hücuma cavab olaraq "Dəmir Qılınclar" əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri "X" hesabında bildirib.

"Birinci mərhələ bu saatlarda ərazimizə daxil olmuş düşmən qüvvələrinin böyük əksəriyyətinin məhv edilməsi ilə başa çatıb", - deyə Benyamin Netanyahu vurğulayıb.

O, həmçinin qarşıya qoyulan məqsədlərə çatana qədər hücumların davam edəcəyini bəyan edib.

Milli.Az