Ona xəyanət edən ərinə 1 milyon dollar verəcək

7 Oktyabr 2023 23:53

Amerikalı məşhur müğənni Ariana Qrande iki illik həyat yoldaşı Dalton Qomesdən boşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ikili nikahdan əvvəl bağladıqları müqaviləyə əsasən maliyə məsləlirini aralarında həll ediblər. Belə ki, tərəflərin razılığına əsasən, Ariana Daltona 1,25 milyon dollar ödəyəcək və onlar Los-Ancelesdəki evin satışından əldə olunan gəliri də yarıya böləcəklər. Üstəlik, müğənni eks-ərinin 25 min dollarlıq hüquqi xərclərini qarşılayacaq.

Qeyd edək ki, Daltonun müğənniyə xəyanət etdiyi haqda xəbərlər yayılmışdı. Ariana hazırda aktyor Ethan Slater ilə eşq yaşayır.

Milli.Az