Ərdoğan yenidən AK Partiya sədri seçildi

7 Oktyabr 2023 18:42

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara İdman Salonunda IV Fövqəladə Böyük Qurultayı keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qurultayda partiya sədri seçkiləri baş tutub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1399 etibarlı səsin hamısını toplayaraq yenidən AK Partiya sədri seçilib.

Milli.Az