İsrailin ikinci ən böyük elektrik stansiyası vuruldu - FOTO

7 Oktyabr 2023 16:40

İsrailin ikinci ən böyük elektrik stansiyası olan Rutenberq raket hücumuna məruz qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail Teleqram kanalları məlumat yayıb.

Qeyd olunub ki, elektrik stansiyası HƏMAS-ın Qəzza zolağından atdığı raketlə vurulub.

Stansiyanın zədələndiyi bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Milli.Az