Fələstin lideri Mahmud Abbas Qəzza zolağına nəzarət edən HƏMAS-ın İsrailə qarşı "Əl-Əqsa tufanı" adlı əməliyyata başlamasına münasibət bildirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Fələstin lideri əməliyyatla bağlı yüksək rütbəli zabitlərin iştirakı ilə iclas keçirib.
O, iclasda Fələstin xalqının qorunmasının vacib olduğunu bildirib:
"İsrail qüvvələrinin hücumlarına qarşı Fələstin xalqının özünü qoruma hüququ vardır".
Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.
Milli.Az