Slovakiya Ukraynaya hərbi yardımı dayandırır

7 Oktyabr 2023 16:55

Slovakiyanın müvəqqəti hökuməti partiyaların koalisiya qurana qədər Ukraynaya əlavə hərbi yardım göndərməyi dayandıracağını bəyan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Slovakiya hökumətinin nümayəndəsi xəbər verib.

Qeyd edək ki, sentyabrın 30-da Ukrayna əleyhinə olan "Smer" partiyası Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib. "Slovakiyada gedən bürokratik hökumət artıq Ukraynaya hərbi texnika göndərməyəcək", - "Politico" nəşri nümayəndədən sitat gətirib.

"Dennik N" portalının məlumatına görə, Ukraynaya yardım yeni parlamentin fəaliyyətə başlamasına qədər köçürülə bilərdi, lakin Slovakiya prezidenti Zuzana Çaputova belə plana qarşı çıxıb.

Milli.Az