İranda daha bir məhbus dar ağacından asıldı - FOTO

7 Oktyabr 2023 15:06

İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, ötən gün Məşhəd şəhərindəki Vəkilabad zindanında saxlanılan məhbus dar ağacından asılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, o, qəsdən adam öldürmədə ittiham edilib.

Qeyd edək ki, İranda ötən ay ərzində 69 nəfərin edam hökmü icra edilib. Cari il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.

Xatırladaq ki, BMT dünən dərc etdiyi son bəyanatında İran hökumətindən edamlara son qoyulmasını tələb edib.

Milli.Az