HƏMAS 40-a yaxın israillini əsir götürdü - VİDEO

7 Oktyabr 2023 13:46

HƏMAS hərəkatının hərbi qolu İsrail ərazisində həyata keçirdiyi hərbi əməliyyat zamanı 35-ə yaxın şəxsi əsir götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əsir götürülənlər arasında hərbçilər və mülki sakinlər var.

Onların Qəzza zolağına aparıldığı bildirilir. 

Sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı görüntülər yayılıb. Görüntülərdə əsirlərin artıq Qəzzada olduğu iddia edilir.

Milli.Az