Priqojin Moldovada çevriliş etmək istəyib - Sandu

7 Oktyabr 2023 08:08

"Vaqner"in qurucusu, 23 avqustda Tver vilayətində təyyarə qəzasında ölən Yevgeni Priqojinin komandası Moldovada çevrilişə cəhd edib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu deyib.

O bildirib ki, Moldova xüsusi xidmət orqanları çevriliş cəhdinin qarşısını alsa da, Rusiya yenidən hakimiyyət dəyişikliyi üçün planlar hazırlayır.

Milli.Az