Fransa qoşunlarını Nigerdən çıxaracaq

7 Oktyabr 2023 07:22

Fransa oktyabrın 9-dan qoşunlarını Nigerdən çıxarmağa başlayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Əl-Cəzirə telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, komandalıq Fransa silahlı qüvvələrinin Nigerdən kənarda müvəqqəti yerləşdiriləcək yerini də müəyyən edib.

Hərbçilər Fransanın Saheldəki qüvvələrinin qərargahının olduğu qonşu Çada yerləşdiriləcək.

Milli.Az