Zibil yeşiklərinin ətrafa yaydığı üfunət iyi - Sakinlər BEZİB - VİDEO

6 Oktyabr 2023 08:30

Suraxanı rayonu sakinləri evlərinin bir addımlığında yerləşən zibil yeşikləri və onun ətrafa yaydığı üfunətdən şikayətçidirlər.

Milli.Az Xezerxeber.az-a istinadən bildirir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsinin sakinləri illərdir bu vəziyyətdə yaşayırlar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

Məsələ ilə bağlı Qaraçuxur İnzibatı Ərazi Dairəsi üzrə Nümayəndəlikdən bildirilib ki, zibil qutularının yerinin dəyişdirilməsi onların səlahiyyətində deyil.

Suraxanı Rayonu Mənzil-Kommunal təsərrüfat birliyindən isə bildirilib ki, həmin yeşiklər qoyulan zaman orada heç bir ev olmayıb:

"Bələdiyyə həmin zibil yeşiklərinin yerləşdirilməsi üçün müvafiq yer təyin etməlidir".

Qaraçuxur Bələdiyyəsindən isə qeyd edilib ki, hazırda ərazidə həmin yeşiklərin qoyulması üçün münasib yer olmadığına görə, yerdəyişmənin edilməsi mümkünsüzdür.

Milli.Az