Yaponiyada güclü zəlzələ oldu

6 Oktyabr 2023 07:04

Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 26,7 min nəfərin yaşadığı Şimoda şəhərindən (Honsyu adası) 525 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşir.

Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Milli.Az