Braziliyanın Lukas-do-Rio Verde şəhərində ikimühərrikli "Beechcraft C90GTi King Air" təyyarəsi qəzaya uğrayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bom Futuro hava limanından havaya qalxdıqdan az sonra təyyarənin sol qanadı uçuş-eniş zolağına sürtünüb. Təyyarə uçuş-eniş zolağında sürükləndikdən sonra anqara çırpılıb və partlayıb, daha sonra alovlanıb.
Qəza nəticəsində təyyarənin pilotu və uçuş-enmə zolağı xidmətçisi həyatlarını itiriblər, iki sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Milli.Az