Türkiyədə zəlzələ oldu

5 Oktyabr 2023 19:53

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Bildirilib ki, yerli saatla 18.23-də baş verən zəlzələ yerin 11.03 kilometr dərinliyində qeydə alınıb.

Milli.Az