Tehranda yeniyetmə qızın hicabsız olduğu üçün metroda əxlaq polisi tərəfindən döyülməsi ilə bağlı iddialar gündəmi zəbt edib.
Milli.Az yenisabah.az- a istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda 16 yaşlı Armita Qaravəndinin hicabsız olduğu üçün metroda əxlaq polisi tərəfindən döyülməsi xəbəri təkzib edilib.
Tehran metropoliteninin baş direktoru Məsut Dorosti məktəbə getmək üçün metrodan istifadə edən qızla heç bir şifahi və ya fiziki əlaqənin olmadığını bildirib.
Dorosti qeyd edib ki, A.Qaravəndi təzyiqi düşdüyü üçün metroda huşunu itirib və xəstəxanaya aparılıb:
"Sərnişin protokollarına riayət edərək yeniyetmə huşunu itirdiyi andan ona təcili müdaxilə edilib və ilkin tibbi yardım göstərilib".
Qızın ailəsi də açıqlama verərək onun döyülmədiyini təsdiq edib:
"Təhlükəsizlik kameraları tərəfindən qeydə alınan bütün videoları yoxladıq və hadisənin qəza olduğu sübuta yetirildi. İctimaiyyətdən övladımızın tezliklə sağalması üçün dua etmələrini xahiş edirik".
Hadisə şahidləri qızın başının metroda dəmirə dəydiyini, daha sonra isə huşunu itirdiyini bildiriblər.
Milli.Az