Beynəlxalq Qızıl Xaç Komitəsi tarixdə ilk dəfə hakerlər üçün müharibə qaydalarını dərc edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, ümumilikdə siyahıya səkkiz maddə daxil edilib.
Təşkilatın nümayəndələri ilk növbədə hakerlərdən mülki hədəflərə hücum etməməyi istəyir.
İkincisi, kompüterlər arasında avtomatik yayılan zərərli proqramlardan istifadə etməməyi xahiş edirlər.
Üçüncü qaydada deyilir ki, hakerlər hərbi hədəflərə hücum planlaşdırarkən mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün mümkün olan hər şeyi etməlidirlər.
Dördüncü qayda tibb və humanitar müəssisələrə, beşincisi isə, əhalinin yaşaması üçün zəruri olan, yaxud təhlükə yaradan obyektlərə hücumu (bunlara, xüsusən də atom elektrik stansiyaları daxildir) qadağan edir.
"Mülki əhali arasında zorakılıq təhdidi etməyin, onları qorxutmayın. Beynəlxalq humanitar hüququn pozulmasına çağırmayın. Düşmən onlara əməl etməsə belə, bu qaydalara əməl edin", - deyə qaydalarda vurğulanıb.
Milli.Az