Amerika bayrağı altında üzən yaxta ilə Türkiyədən qaçan FETÖ-çülər saxlanıldı

5 Oktyabr 2023 08:02

Amerika bayrağı altında üzən yaxta ilə Türkiyədən qaçan FETÖ-çülər saxlanılıb
Muğlanın Marmaris rayonunda Amerika bayrağı altında üzən yaxta ilə Türkiyədən qaçmaq istəyən FETÖ-çülər saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 11-i FETÖ-çü olmaqla saxlanılan 14 nəfərin içərisində vəzifədən uzaqlaşdırılan polis rəisi, professor və mütəxəssis həkimlər də var.

Yunanıstana qaçmağa cəhd edən şəxslər sahil mühafizənin əməkdaşları tərəfindən limana gətirilərək polisə təhvil verilib.

Milli.Az