Rusiyanın Kursk vilayətinə PUA hücumu olub

5 Oktyabr 2023 07:59

Rusiyanın Kursk vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumolub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə regionun rəhbəri Roman Starovoyt öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna PUA-ları Kursk vilayətinin bir sıra rayonlarında infrastruktur obyektlərinə hücum edib, elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.

Region qubernatorunun sözlərinə görə, fövqəladə hallar briqadaları artıq elektrik təchizatını bərpa etməyə başlayıblar.

Milli.Az