Aparıcı Saleh Bağırov İTV-də daha bir verilişə aparıcılıq edəcək.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, növbəti layihəsi olan "Hər zaman musiqi" adlı proqramla izləyicilərin qarşısına çıxacaq.
Veriliş oktyabrın 8-dən etibarən hər bazar günü təqdim olunacaq.
Qeyd edək ki, Saleh Bağırov İTV-də yayımlanan "Ötən günlər" proqramında da aparıcılıq edir. Onun "Cümə axşamı" adlı daha bir verilişi oktyabrın 6-da izləyicilərin ixtiyarına veriləcək.
Milli.Az