Paşinyan istefa verir? - Özündən açıqlama

4 Oktyabr 2023 17:38

Ermənistan Baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, o, ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğu təqdirdə istefa verə biləcəyini deyib.

"Bütün analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq", - o parlamentdə qeyd edib.

Milli.Az