İlham Əliyev Maldivin yeni seçilmiş Prezidentini təbrik edib

4 Oktyabr 2023 16:50

Prezident İlham Əliyev Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Muizzu,

Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Maldiv dostluq əlaqələri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Milli.Az