Süni intellekt bu məşhurun görüntülərini oğurladı - FOTO

5 Oktyabr 2023 03:04

Hollivud aktyoru Tom Henks görüntülərinin onun icazəsi olmadan süni intellekt tərəfindən yaradılan treylerdə istifadə edilməsi barədə izləyicilərini xəbərdar edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktyor instaqram səhifəsində "Diqqət! Mənim süni intellekt versiyamı əks etdirən diş müalicəsini təbliğ edən bir video var. Mənim bununla heç bir əlaqəm yox idi",- deyə yazıb.

Henks onun görüntülərini oğurladığı iddia edilən şirkətin adını açıqlamayıb. Bir çox media orqanları aktyorun nümayəndələri ilə əlaqə saxladıqlarını, lakin hələ də cavab almadıqlarını bildiriblər.

Henks kino sənayesində süni intellektdən istifadənin getdikcə artmasının əleyhdarları arasında idi.

Milli.Az