Müalicəsi olmayan virus tapıldı

5 Oktyabr 2023 04:05

Şimali Kiprdə yeni virus tapılıb.

Milli.Az "report"a istinadən bildirir ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Qərbi Nil adlandırılan virus insanlara "Culex" növündən olan ağcaqanadların dişləməsi ilə keçir.

Bildirilib ki, virusun əsas əlamətləri ürəkbulanma, dəridə yaranan qızarmalar, halsızlıqdır. Məlumata görə, virusun daha çox yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülür.

Virusun hələlik nə peyvənd, nə də dərmanla müalicəsi var. Xəstəlik insandan insana keçmir.

Səhiyyə Nazirliyi virusa yoluxmamaq üçün insanları diqqətli olmağı tövsiyə edib.

Milli.Az